AZ

Ronaldunun məşhur restoranı BAĞLANDI - FOTO

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldunun dünya şöhrətli restoranı bağlanıb.

Demokratikmusavat.comxəbər verir ki, 40 yaşlı futbolçu İspaniyanın paytaxtı Madriddə yerləşən "Toto" restoranının açılışını 2022-ci ildə məşhur tennisçi Rafael Nadalla birgə etmişdi.

İaşə obyekti adıçəkilən idmançılarla yanaşı, ispaniyalı basketbol ulduzları Rudi Fernandes və Pau Qasolun də səhmlərinə sahib olduğu Tatel Group şirkətinə daxil idi.

Madridin mərkəzində yerləşən restoranda İtaliya mətbəxinin təamlarını dadmaq mümkün idi. Burada xüsusilə karbonara pastası sevilirdi. Vera Carbonara de Tato adlı təam eksklüziv reseptlə hazırlanırdı və turistlər arasında çox populyar idi.

"Toto"nun 3 ildən sonra gözlənilmədən bağlanmasının səbəbləri açıqlanmır. Buna baxmayaraq, Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Əbu-Dabi şəhərlərində yerləşən eyniadlı restoranlar fəaliyyətlərini davam etdirirlər.   /Offsideplus.az

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
2
2
Demokratikmusavat.com

8Mənbələr