AZ

Kurskda kritik vəziyyət: Ukrayna ordusunun bütün yolları bağlandı

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində texnikadan istifadə edərək mütəşəkkil geri çəkilmə marşrutları yoxdur.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi üçün vəziyyət kritikləşib. Mənbə qeyd edib ki, bütün yollar Rusiya ordusu tərəfindən havadan idarə olunur.

“Logistika hücuma məruz qalır və onlar bunu bilirlər. Buna görə də texnika tərk edilir və kiçik qruplar Rusiya-Ukrayna sərhədinə doğru soxulmağa çalışır”, - agentliyin mənbəsi əlavə edib.

Seçilən
9
30
publika.az

10Mənbələr