AZ

Tbilisidə atışma: ÖLƏN VƏ YARALANAN VAR

Gürcüstanın paytaxtı Tbilisinin Çavçavadze prospektində silahlı insident baş verib.

 

Hadisə şahidlərinin "İnterpressnews.ge" nəşrinə verdiyi məlumata görə, təxminən on dəfə atəş açılıb. İki güllə yaxınlıqdakı kafenin şüşələrinə dəyib.

 

Nəticədə bir kişi ölüb, onun dostu olan digər şəxs isə yaralanıb.

 

Hadisə ilə bağlı "Qəsdən adamöldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə" maddələri üzrə istintaq başlanılıb.

Seçilən
32
2
senzor.az

4Mənbələr