Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva Bakı Dövlət Universitetində (BDU) işlə təmin olunub.
Nigar Ağamalıyeva BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasında laborant vəzifəsində işə başlayıb. O, həm də BDU-nun Filologiya fakültəsində qiyabi təhsil alır, hazırda II kurs tələbəsidir.
Xatırladaq ki, N.Ağamalıyeva 2023-cü ildə universitetə qəbul olub. Onun oğlu Orucov Əlihəsən isə eyni ildə Memarlıq və İnşaat Universitetində oxumaq hüququ qazanıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Nail Orucov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub. Nail Orucov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.//Qafqazinfo
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta