“Sabah”ın qapıçısı Stas Pokatilov və yarımmüdafiəçisi Vinsent Till ölkələrinin milli komandalarına dəvət alıblar.
Sportinfo.az xəbər verir ki, Pokatilov Qazaxıstan, Till isə Lüksemburq millisinə dəvət olunub.
Qazaxıstan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə martın 22-də Uels, martın 25-də Lixtenşteynlə qarşılaşacaq.
Lüksemburq komandası isə martın 22-də İsveç, martın 25-də isə İsveçrə millisi ilə yoxlama oyunu keçirəcək.