AZ

Səhiyyə Nazirliyi bütün tibb müəssisələrinə MƏKTUB göndərib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Səhiyyə Nazirliyi bütün tibb müəssisələrinə fizioterapevt ixtisası ilə bağlı ştat vahidinin açılması ilə bağlı məktublar göndərilib".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda jurnalistlərin suallarını cavablandıran səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, bu istiqamətdə yaxın vaxtlarda yeni yoxlamalar keçiriləcək.
"İnanıram ki, qısa müddətdə tibb müəssisələrində bu ixtisasla bağlı olan boşluqlar aradan qaldırılacaq. Bununla bağlı lazımi əmrlər verilib, sadəcə, tibb müəssisələri bu məsələyə ciddi yanaşmalıdırlar", - deyə nazir qeyd edib.
Seçilən
7
46
oxu.az

10Mənbələr