AZ

Lənkəranda Novruz iməcliyi keçirilib - FOTOLAR

Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, rayonun abadlıq və təmizlik sahələri üzrə xidmət idarələri sakinlərimizin, eləcə də qonaqların yollardan, küçələrdən və ətraf ərazilərdən rahat gediş-gəlişini təmin etməkdən, habelə rayonumuzun daha təmiz və səliqəli olması və vətəndaşların istirahəti üçün lazımi işlərin görülməsindən ötrü fəaliyyətlərini mütəmadi davam etdirirlər.

"Unikal" xəbər verir ki, Novruz bayramının və bahar fəslinin gəlişi ilə bağlı artıq Lənkəran rayonunun bütün ərazilərində iməcliyə start verilib. Lənkəran ŞİH-nin nəzarəti altında aparılan işlər rayonumuzu digər inzibati ərazi vahidləri ilə birləşdirən bütün ana yollarda, eləcə də şəhər ərazisində aparılır. Yolboyu hasarlar rənglənir, ağac dibləri ağardılır, ərazilər kol-kosdan təmizlənir, gül kolları və həmişəyaşıl ağaclar əkilir, səkilərə yeni tametlərin döşənir, deformasiyaya uğrayan səki daşları yeniləri ilə əvəzlənir, yeni bordurlər qoyulur, yolboyu hasarların rənglənməsi işləri həyata keçirilir.

Bundan başqa, parklarda və əhalinin istirahəti üçün nəzərdə tutulan ərazilərdə işıqlandırmanın vəziyyəti yerində yoxlanılır, nasazlıqlar aradan qaldırılır. Kompleks şəkildə aparılan və bir neçə gün davam etdirilməsi nəzərdə tutulan Novruz iməcliyi sakinlərimizin zövqünü oxşayır, məmnuniyyətlə qarşılanır və Lənkəran sakinləri görülən işlərə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Seçilən
14
50
unikal.az

10Mənbələr