İngiltərənin “Çelsi” komandası daha bir futbolçu ilə anlaşıb.
Yenicag.az xəbər verir ki, London təmsilçisi Portuqaliyanın “Sportinq” klubundan 20 yaşlı yarımmüdafiəçi Dariu Essouqu ilə razılığa gəlib.
“Zadəganlar” bu keçid üçün qarşı tərəfə 22 milyon avro ödəyəcək.