AZ

Trampın xüsusi elçisi istefa verəcək: buna görə

ABŞ prezidenti Donald Trampın girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Beler istefa verəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Axios" Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Tramp administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, bu qərar Beleri daha yüksək səviyyəli elçi vəzifəsinə keçirmək niyyəti ilə əlaqədar verilib.

Bundan əlavə, Adam Beler Fələstinin HƏMAS radikal hərəkatının nümayəndələri ilə birbaşa əlaqə saxlayan ilk ABŞ rəsmisi olub. ABŞ prezidenti Donald Trampın danışıqları dəstəkləməsinə baxmayaraq, bu danışıqlar Senatdakı respublikaçıların qəzəbinə səbəb olub.

Milli.Az

Seçilən
23
milli.az

1Mənbələr