AZ

Makron: Qərb Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər

Ukraynaya müşahidə missiyası üçün hərbi kontingent göndərməyə razı olan Avropa ölkələri bunu Rusiyanın razılığı olmadan edə bilər.

Turkustan.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Le Parisien qəzetinə müsahibəsində bildirib .
"Ukrayna suveren ölkədir. Əgər o, öz ərazisində müttəfiq qoşunların olmasını istəsə, razılaşıb-razılaşmamağı Rusiyadan asılı deyil".

Qəzetin yazdığına görə, Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı Fransa-Britaniya planı razılaşdırılmaq üzrə son mərhələdədir. Makron bildirib ki, qoşunların sayı prioritet deyil və əsas diqqət təlim proqramları keçirmək üçün hər ölkədən bir neçə min nəfərin əsas yerlərə yerləşdirilməsi və Kiyevə uzunmüddətli dəstək nümayiş etdirilməsidir. O əlavə edib ki, Kiyev, Lvov və Odessa kimi şəhərlər əsas məqamlar arasında nəzərdən keçirilir.

Lakin o, ABŞ-ın bu təşəbbüsdə iştirak etməyə hazır olub-olmadığını açıqlamayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
turkustan.az

1Mənbələr