AZ

“Bavariya” heç-heçə etdi, “Milan” qalib gəldi

Bundesliqanın 26-cı turu, İtaliya A Seriyasında 29-cu tur baş tutub. Metbuat.az xəbər verir ki, “Bavariya” səfərdə “Union Berlin”in qonağı olub. Görüşdə münxenlilər 75-ci dəqiqədə Leroy Sanenin sayəsində hesabda irəli çıxıblar.Lakin 83-cü dəqiqədə ev sahibləri oyunda tarazlığı bərpa ediblər. Paytaxt təmsilçisinin heyətində Benedikt Hollerbax fərqlənib. Qarşılaşma 1-1 hesabı ilə başa çatıb.İtaliya A Seriyasında 29-cu turun növbəti oyunu keçirilib. "Milan"-"Komo" ilə qarşılaşması 2:1 hesabı ilə bitib.


Seçilən
3
metbuat.az

1Mənbələr