AZ

Maskdan Marsa planlaşdırılan səfərlə bağlı maraqlı açıqlama

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerikalı sahibkar və "Space X" şirkətinin təsisçisi İlon Mask Mars planeti ilə bağlı planlarının təfərrüatını açıqlayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, özünün "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Milyarderin sözlərinə görə, 2026-cı ilin sonunda "qırmızı planet"ə göndərilməsi planlaşdırılan kosmik gəmidə "Tesla" mühəndisləri tərəfindən hazırlanan "Optimus" robotu da olacaq.
"Əgər bu enmələr uğurlu olarsa, insanların səfəri artıq 2029-cu ildə başlaya bilər, baxmayaraq ki, 2031-ci il daha ağlabatan tarixdir", - deyə Mask öz postunda yazıb.
Qeyd edək ki, biznesmen bir müddət əvvəl Marsa süni intellektli robotlar göndərməyi planlaşdırdığını elan etmişdi. O, bunun 2026-cı ilin noyabrı üçün düşünüldüyünü vurğulamış və səfərin tarixini Yerlə Mars arasında səyahətin hər 26 aydan bir mümkün olması ilə izah etmişdi.
Seçilən
36
50
oxu.az

10Mənbələr