1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki qəhrəmanı şəmkirli Həmid Verdiyev olub.
Həmid baba həyat yoldaşı ilə necə tanış olmasından danışarkən bildirib ki, o vaxtlar oğlan-qız bir-birini ya bulaq başında, ya da qonaqlıqda görüb bəyənərdi.
"Mən də gənclikdə qoçaq olmuşam, mən də sevmişəm. Həyat yoldaşımın evlərinə qonaq getmişdim, görən kimi onu sevdim. Söylədim ki, bundan aralanmaq mümkün deyil. Gəlib anama "elçiliyə gedək" dedim. O vaxtlar anaya, bacıya demək olurdu, amma ataya mümkün deyildi, arada pərdə var idi. Dəfələrlə elçi getdik, çox çətinliklə qızı verdilər", - deyə o, sözlərinə əlavə edib.
Ailə münasibətlərindən bəhs edən Şəmkir sakininin sözlərinə görə, gəlini yola vermək qayınanadan asılıdır:
"O dövrdə sevgi çətin yaranırdı, arada pərdə var idi. İndi rahatlıqla yaranır. Əvvəllər sevgi çox şirin olurdu, boşanmalar da az idi. Gəlini yola vermək qayınanadan asılıdır. O, gəlinə nə qədər düzgün yol göstərsə, dolanmaq da yaxşı olar, narazılıq olmaz. Qayınana gəlinin səhvlərini üzünə vursa, onda birlik olmaz. Ailəni pozmamağa çalışmaq lazımdır".
Ətraflı Baku TV-nin süjetində: