AZ

Misli Premyer Liqasında XXVII tura bu gün yekun vurulacaq

Bu gün Misli Premyer Liqasının XXVII turu iki qarşılaşma ilə başa çatacaq.

Day.Az-ın məlumatına görə, günün ilk oyunu "Səbail" və "Neftçi" komandaları arasında keçiriləcək.

"ASCO Arena"da baş tutacaq matç saat 16:00-da start götürəcək. Hazırda "Neftçi" 28 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb, 18 xala malik "Səbail" isə sonuncu - 10-cu yerdədir.

Tura yekun vuran görüş isə Tovuz şəhər stadionunda "Turan Tovuz" və "Sumqayıt" arasında baş tutacaq. Qarşılaşma saat 18:30-da start götürəcək. Turnir cədvəlində 43 xalla 4-cü pillədə qərarlaşan "Turan Tovuz" komandası, 25 xala sahib "Sumqayıt" klubunu (8-ci yer) qəbul edəcək.

Seçilən
1
1
day.az

2Mənbələr