Bakı. Trend:
"SpaceX" şirkətinin çoxistifadəli "Crew Dragon" kosmik gəmisiBeynəlxalq Kosmik Stansiyasına (BKS) uğurla birləşib.
Trend-in NASA-yaistinadən verdiyi məlumata görə, "Crew Dragon"un BKS-yə birləşməsimartın 16-na keçən gecə baş tutub.
Kosmik gəmi, şənbə günü BKS-yə doğru start götürərək birləşməküçün cəmi 28 saata yaxın yol qət edib.
"Crew Dragon" gəmisi dördnəfərlik ekipajdan ibarətdir:"Roskosmos"un kosmonavtı Kirill Peskov, NASA astronavtı Ann Makleyn(komandir), Nikol Ayers və Yaponiya Aerokosmik TədqiqatlarAgentliyinin (JAXA) astronavtı Takuya Onişi.
Qeyd edək ki, "Crew Dragon" gəmisi və "Falcon 9" raketininburaxılışı martın 12-də baş tutmalı idi, lakin starta bir saatdanaz vaxt qalmış uçuş ləğv edilib. Bunun səbəbi raketin yerüstüdəstək sıxacının hidravlik sistemində yaranan problem olub.