Şimali Makedoniyanın Koçani şəhərində yerləşən gecə klubunda dünən gecə dəhşətli yanğın olub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində ən azı 50 nəfər ölüb.
Hadisə zamanı klubda təxminən 1 500 nəfər olub. Həmin vaxt konsert keçirilirmiş.
Yanğının pirotexnika səbəbindən başladığı ehtimal edilir.