AZ

Səbinə Babayeva "Vurulmuşam" mahnısını təqdim etdi - Video

Əməkdar artist Səbinə Babayeva "Vurulmuşam" adlı yeni mahnısını təqdim edib.

Publika.az xəbər verir ki, Səbinə Babayeva Teleqraf-a açıqlamasında mahnıya klip çəkdirdiyini bildirib.

"Mahnını birinci dəfə eşidəndə çox bəyəndim. Mahnın mövzusu hamıya yaxındır, bəllidir, “Vurulmuşam”. Mahnının sözləri və musiqisi Zamiq Əliyevə (Yap10) aiddir. Mahnıya klip çəkdiririk və klip çəkilişlərimiz başlanıb. Dinləyicilərimizə çoxlu sevgi, sevib-sevilməyi arzu edirəm!", - deyə S.Babayeva vurğulayıb.

Qeyd edək ki, Səbinə Babayeva Azərbaycanı 2012-ci ildə Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 150 xalla 4-cü yeri tutub.

Seçilən
10
3
publika.az

5Mənbələr