AZ

Böcəkli delikatestlər və əsl qəhvənin vətəni: Əsrarəngiz Kito şəhəri

Baku TV-nin "Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 13 155 kilometr uzaqda, Cənubi Amerika qitəsində, And dağları arasında vulkanik küllərin üzərində tikilən qədim şəhər - Kitodan bəhs olunub.

Tarixi eramızın 1-ci əsrinə gedib çıxan Kitonun əsası 1534-cü ildə ispanlar tərəfindən qoyulub. Əhalisi ispanlar, hindular, qaradərililər, avropalılar olan bu şəhər 1830-cu ildən paytaxtdır.

Kito əhalisinin ağız dadı müxtəlifdir. Məsələn, burada gürzəyə bənzəyən, amma içində banan və pendir olan xəmir xörəyi milli təamlardandır. Ekvador mətbəxinin delikatesi isə tırtıllardır. Proteinlə zəngin bu tırtıllar Kito əhalisinin sevdiyi yeməkdir. Ekvador həmçinin qəhvə istehsalına və idxalına görə dünyada ilk onluqdadır. Bu ölkənin 250 min hektar ərazisi qəhvə plantasiyalarıdır. Deyilənə görə, buradakı qəhvənin dadı fərqlidir.

Kitoda pensiya yaşı 65-dir və aya 300-400 dollar təşkil edir, yəni 510-680 manat. Bu, Kitoda olan qiymətlər üçün elə də çox deyil. Ona görə də, çox vaxt övladlar valideynlərinə kömək edirlər.

Bu şəhərdə dünyadan köçmək də bahalıdır. Kitoda demək olar ki, hər yerdə doğmaların dəfn mərasimlərinə sertifikat almaq təklif olunur. Bu şəhərdə sağ ikən dəfnin necə keçməsi haqqında düşünmək normaldır. Dəfn sertifikatının qiyməti isə 800-5 000 dollar arasında dəyişir, yəni 1 360-8 500 manat. Məzarlıqda yerin qiyməti isə 7 500-12 000 dollar civarındadır. Bu isə bizim pulla 12 750-20 400 manat edir.

Seçilən
15
1
far.az

10Mənbələr