AZ

Trampın xüsusi nümayəndəsi: "Putinlə 3-4 saat danışdım"

"Gələn həftə ABŞ Prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tuta bilər".

Bizim.Media xəbər verir ki, bunu Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff CNN telekanalının efirində deyib.

Onun sözlərinə görə, martın 13-də Rusiya lideri ilə keçirilmiş görüşü 3-4 saat davam edib və müsbət olub:

"Vaşinqton həftə ərzində Ukraynada münaqişənin nizamlanması üzrə Rusiya ilə danışıqlarda həqiqi irəliləyişə nail olmağa ümid edir".

Bizim.Media

Seçilən
18
2
bizim.media

10Mənbələr