AZ

Bakıda və bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti martın 18-23-də Bakıda, Abşeron yarımadasında və bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq yayıb.

Korrespondent.az-ın məlumatına görə, Ağstafa, Tovuz, Gəncə, Göygöl, Qazax, Şəmkir, Samux, Gədəbəy, Naxçıvan MR, Beyləqan, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, İmişli, Cəlilabad, Lerik, Yardımlı, Salyan, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Masallı, Mingəçevir, Hacıqabul, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax, Şabran, Qusar, Siyəzən, Xızı, Xaçmaz, Ağcabədi, Altıağac, Göyçay, Ağdaş, Yevlax, Tərtər və Bərdədə şimal-qərb küləyinin sürəti 13.9-20.7 m/san olacaq (sarı xəbərdarlıq).

Neftçala, Daşkəsən, Şəki, Goranboy, Qobustan, Kəlbəcər, Laçın və Zəngilanda isə küləyin sürətinin 20.8-28.4 m/san-dək artacağı gözlənilir (narıncı xəbərdarlıq).

Bakıda və Abşeron yarımadasında isə martın 19-dan 23-dək fasilələrlə güclü şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Seçilən
29
49
korrespondent.az

10Mənbələr