Valentina Matviyenko ölkəmizə rəsmi səfərə gəlib -Fotolar
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko martın 16-da ölkəmizə rəsmi səfərə gəlib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Polad Bülbüloğlu, hər iki ölkənin səfirləri Rəhman Mustafayev, Mixail Yevdakimov və digər rəsmi şəxslər qarşılayıblar.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, bununla yanaşı, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasında iştirak edəcəkdir.