Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Senzor.az bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Əli Əhmədov, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.
Federasiya Şurası mətbuat xidmətinin əvvəlcədən yaydığı məlumata görə, səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub. Həmçinin Rusiya Federasiya Şurası ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında parlamentlərarası komissiyanın iclası keçiriləcək.
Mətbuat xidməti əlavə edib ki, parlamentlərarası komissiyanın iclasına həmsədrlər - Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin və Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov sədrlik edəcəklər.