AZ

Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan, iki müttəfiq ölkə olaraq Türkiyə və ABŞ-nin yeni dövrdə əməkdaşlığı həmrəy, nəticəyönümlü və səmimi şəkildə irəlilədəcəyinə inandığını ifadə edib. 

Ərdoğan, regional və qlobal inkişafların Türkiyə ilə ABŞ arasında məsləhətləşmələrin hər mövzuda artırılmasını zəruri etdiyini bildirib. O, Prezident Trampın Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatdırılması üçün qətiyyətli və birbaşa təşəbbüslərini dəstəklədiklərini, Türkiyənin müharibənin əvvəllərindən bəri ədalətli və davamlı sülh üçün səy göstərdiyini və buna davam edəcəyini qeyd edib.

Prezident Ərdoğan, Suriyada sabitliyin yenidən təmin edilməsi, yeni idarəetmənin funksional hala gətirilməsi və normallaşma üçün Suriyaya tətbiq edilən sanksiyaların qaldırılmasına birgə töhfə vermələrinin vacibliyini, bunun suriyalıların yenidən vətənlərinə qayıtmalarına imkan yaradacağını ifadə edib.

Ərdoğan, yeni dövrdə ABŞ-dən terrorla mübarizə mövzusunda Türkiyənin maraqlarını nəzərə alan bir yanaşma ilə addımlar atılmasını gözlədiklərini, müdafiə sənayesi sahəsində iki ölkənin əməkdaşlığını inkişaf etdirmək üçün CAATSA sanksiyalarının sona çatdırılması, "F-16" tədarükü prosesinin nəticələndirilməsi və "F-35" proqramına Türkiyənin yenidən qoşulması məsələlərinin həll edilməsinin vacibliyini vurğulayıb.

Seçilən
8
3
xezerxeber.az

3Mənbələr