AZ

Azərbaycan millisi Haiti və Belarusla yoldaşlıq oyunları üçün hazırlıq planını açıqlayıb

Azərbaycan milli komandası, mart ayında Haiti və Belarusla keçiriləcək yoldaşlıq oyunları üçün hazırlıq planını müəyyənləşdirib.

Day.Az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə istinadən, baş məşqçi Fernandu Santuş rəhbərliyi altında komandamız martın 17-də təlim-məşq toplanışına başlayacaq.

Azərbaycan millisi martın 22-də Sumqayıt şəhər stadionunda Haiti ilə, martın 25-də isə Masazırdakı "Bank Respublika Arena"da Belarusla qarşılaşacaq.

18 mart

17:00. Məşq (Neftçi Futbol Mərkəzi)

19 mart

21:30. Məşq (Bank Resplublika Arena)

20 mart

17:00. Məşq (Neftçi Futbol Mərkəzi)

21 mart

16:15. Mətbuat konfransı (Neftçi Futbol Mərkəzi)
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Neftçi Futbol Mərkəzi)

22 mart

21:45. Azərbaycan - Haiti (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)

23 mart

17:00. Məşq (Tofiq Bəhramov adına Respublika stadionu)

24 mart

16:15. Mətbuat konfransı (Tofiq Bəhramov adına Respublika stadionu)
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Tofiq Bəhramov adına Respublika stadionu)

25 mart

21:45. Azərbaycan - Belarus (Bank Respublika Arena)

Seçilən
3
9
day.az

10Mənbələr