AZ

Reanimasiyada olan aktyorun həyat yoldaşı danışdı

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin vəziyyəti stabil ağır olaraq qalır.

Demokrat.az xəbər verir ki, bu barədə "Teleqraf"a aktyorun həyat yoldaşı Nəzifə Mirzəliyeva məlumat verib.

"Hələ də xəstəxananın reanimasiya şöbəsindədir. Saturasiyası və təzyiqi normaldır. Amma komadan ayılmayıb. Süni tənəffüs apartına qoşulub, vəziyyəti ağırdır. Həkimlər də komadan ayılmadığına görə, hələ heç bir fikir bildirə bilmirlər", - deyə aktyorun həyat yoldaşı deyib.

Seçilən
14
8
demokrat.az

10Mənbələr