Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Tərəflər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyə və ABŞ-nin iki müttəfiq ölkə olaraq yeni dövrdə əməkdaşlığının inkişaf edəcəyinə tam inandığını bildirib.
O, ABŞ Prezidentinin Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq üçün atdığı qətiyyətli addımları dəstəklədiyini, Türkiyənin müharibənin əvvəlindən ədalətli və davamlı sülh üçün səy göstərdiyini, bundan sonra da çalışacağını deyib.