AZ

Şimali Makedoniyada gecə klubunda yanğın zamanı ölənlərin sayı 59-a çatıb

Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.

"Report"un məlumatına görə, bunu Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski deyib.

Ölənlərdən 35-nin şəxsiyyəti müəyyən edilib, onlardan 31-i Koçani şəhərinin, 4-ü Ştip şəhərinin sakinləridir. Onların yaşları 14-27 arasındadır.

Yaralıların sayı 151 nəfərdir.

Şimali Makedoniya Səhiyyə Nazirliyinin məlumatına görə, uşaqlar da daxil olmaqla, 18 yaralının vəziyyəti ağırdır.

Seçilən
4
2
demokrat.az

3Mənbələr