AZ

Rusiya minlərlə raket atıb, sülh istəyən belə etmir - Zelenski

Rusiya bir həftə ərzində Ukraynaya minlərlə PUA və KAB göndərib. Bu onu göstərir ki, onlar müharibənin bitməsinə hazır deyillər.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu həftə şəhərlərimiz yüz dəfələrlə atəşə tutulub: Çerniqov, Xerson, Donetsk, Xarkov, Dnepr, Odessa, Poltava, Kiyev, Nikolaev, Zaporojye və Sum vilayətləri. Ruslar bir həftə ərzində 1020-dən çox hücum PUA-sı, 1360-a yaxın idarə olunan hava bombası və 10-dan çox müxtəlif tipli raketlər buraxıb. Müharibənin tez bitməsini istəyənlər belə etmir. Ona görə də Rusiyaya birgə təzyiq etməliyik ki, təcavüzə son qoymağa məcbur olsun”, - Zelenski bildirib.

 

Seçilən
36
4
qaziler.az

10Mənbələr