1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərə Premyer Liqasında 29-cu tur London derbisi ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, "Emireyts" stadionunda "Arsenal" "Çelsi"ni qəbul edib.
Görüşün taleyini bir qol həll edib.
20-ci dəqiqədə Merinonun dəqiq zərbəsi "topçular"a qələbə qazandırıb - 1:0.
Hazırda "Arsenal" 58 xalla yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Komanda lider "Liverpul"dan 12 xal geri qalır. "Zadəganlar" isə 49 xalla 4-cü yerdədirlər.