Türkiyə Xarici İşlər Nazirliyi Krım yarımadasının qanunsuz ilhaqının 11-ci ildönümü ilə bağlı bəyanat yayıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bəyanatda Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib.
Sənəddə Ankaranın bu durumu qəbuledilməz hesab etdiyi, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyi qeyd olunub: “Krım tatar türklənin durumu başda olmaqda yarımadadakı vəziyyət yaxından izləməyi və mövcud prosesləri beynəlxalq ictimaiyyətin gündəmində saxlayacağıq”.
Xatırladaq ki, Rusiyanın Krım yarımadasını işğal etməsi 2014-cü il fevralın 20-də qoşunların yeridilməsi və strateji obyektlərin ələ keçirilməsi ilə başlayıb. Martın 16-da Rusiya hərbçilərinin nəzarəti altında “referendum” keçirilib. İki gün sonra isə Rusiya müvafiq “sənəd” imzalayaraq Krımın “ilhaq”ını elan edib. Martın 27-də BMT Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü təsdiqləyən qətnamə qəbul edib.
Krımın işğalı davam edir və Azərbaycan daxil olmaqla dünya ictimaiyyəti onun ilhaqını tanımır.