AZ

Ənvər Həsənov vəfat etdi

Xalq artisti Ənvər Həsənov vəfat edib.

OLAY yazır ki, bu barədə APA -ya onun ailə üzvləri məlumat verib.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.

Xatırladaq ki. Həsənov Ənvər Cəfər oğlu (17 avqust 1950, Bakı) — Azərbaycan aktyoru, rejissor, Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyub, sonra Fəhlə Gənclər Məktəbinə keçib. Buna səbəb isə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi. Kinoaktyor kursunu bitirib. M. A. Əliyev adına ADİİ-nin kino və dram aktyorluğu fakültəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında çalışır.

Ənvər Həsənov gənc yaşlarından kinolara çəkilməyə başlayıb. Xüsusilə o, “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa maraqlı obrazlar yaradıb. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə “Dərviş Parisi partladır” və “Atları yəhərləyin” filmində rol alıb. Rejissor kimi “Haray, Xocalım, haray”, “Tələ” və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “Sönməyən çıraq” sənədli filmini çəkib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycanın əməkdar artisti, daha sonra isə xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

2025-ci ilin yanvarında xəstəxanaya yerləşdirilib.

Seçilən
9
14
olay.az

10Mənbələr