Martın 16-sı saat 20:10-dan 20:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bu barədə Korrespondent.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
***20:38
Martın 16-sı saat 18:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.
Korrespondent.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər 09:45-də də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.