AZ

Mövqelərimiz bir gündə 3cü dəfə atəşə tutuldu - NAZİRLİK MƏLUMAT YAYDI

Ermənistan silahlı qüvvələri bu gün – martın 16-da Azərbaycanın mövqelərini 3 dəfə atəşə tutublar.

FED,az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi gün ərzində bir neçə dəfə məlumat yayıb.

Nazirliyin xəbərinə görə, bu gün 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

İkinci dəfə belə hal axşam saatlarında baş verib.

Martın 16-sı saat 18:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Nəhayət, Ermənistan silahlıları 3 dəfə mövqelərimizi atəşə tutub.

Martın 16-sı saat 20:10-dan 20:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Seçilən
43
33
fed.az

10Mənbələr