AZ

Ziyadxan Əliyev vəfat etdi

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Z.Əliyev 1948-ci il iyul ayının 1-də Şəmkirdə anadan olub. Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində başlayıb. Əvvəlcə elmi işçi, sonra isə “Qərbi Avropa və rus incəsənəti” elmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə dünya və milli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərib.

Seçilən
15
3
qafqazinfo.az

7Mənbələr