Ekvador rəsmiləri ABŞ prezident administrasiyasına yaxın lobbiçilərə bildiriblər ki, ölkə öz ərazisində onların hərbi bazasının yerləşdirilməsində maraqlıdır.
NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki,bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Ekvador rəsmiləri respublikaçı lobbiçilər ilə əlaqə saxlayıb, lakin Ağ Evin bundan xəbərdar olub-olmadığı hələlik bəlli deyil.
Eyni zamanda, Ekvador rəsmiləri amerikalı lobbiçilərə Kitonun ABŞ ilə azad ticarət sazişi bağlamağı planlaşdırdığına dair məlumatları çatdırıblar.