Hizbullah təşkilatı Amerikanın Yəmənə hücumunu pisləyib.
Operativ Media xəbər verir ki, bu barədə təşkilatın Teleqram kanalında yayılan bəyanatında deyilir.
"Bu vəhşi təcavüz Qəzzanın ədalətsiz blokadasını aradan qaldırmaq və oraya humanitar yardım çatdırmaq üçün Yəmən xalqını Fələstin xalqına dəstəkdən əl çəkməyə məcbur etmək üçün cəhddir. Sənanın yaşayış məntəqələrinə və bir sıra əyalət şəhərlərinə edilən hücum onun regiondakı təkəbbürlü siyasətinə qarşı çıxanlara terror həyata keçirən Amerika administrasiyasının əsl simasını ortaya qoyur", - bəyanatda qeyd olunur.
Hizbullah ABŞ-ın hərəkətlərini müharibə cinayəti və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib:
"Dünyanın bütün azad xalqlarını BMT-nin susqunluğunu pisləyərək, Yəmənin və onun xalqının müdafiəsi üçün səslərini ucaltmağa çağırırıq".
Qeyd edək ki, Prezident Donalr Trampın əmri ilə ABŞ qüvvələri Yəmən husilərinə qarşı genişmiqyaslı əməliyyata başlayıb.