AZ

Rusiya ordusu Sumı vilayətinə daxil oldu - FOTO

Ukrayna hakimiyyəti Kurskla həmsərhəd Sumı vilayətinin sakinlərini təxliyə edir. Bəllidir ki, Rusiya qoşunları sərhədi keçərək Sumı bölgəsində əməliyyatlara başlayırlar.

Bizim.Media Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Rusiya qoşunları Sumı vilayətinin eyni vaxtda üç sərhəd yaşayış məntəqəsini tutublar.

“Maşh”ın məlumatına görə, söhbət Novenkoye və Basovka kəndlərindən gedir, burada rus qoşunları ərazinin 70%-nə nəzarəti ələ keçiriblər. Hərbi ekspertər deyib ki, Basovka kəndi ukraynalı həebçiləri Kursk vilayətindən geri çəkilmə yolunu kəsmək üçün açardır. Kənd tam ələ keçiriləndən sonra rus ordusunun birbaşa Kursk vilayəti ilə Sumı birləşdirən magistral yola nəzarəti ələ keçirə biləcək.

Sumı vilayətinin hakimiyyət orqanları səkkiz yaşayış məntəqəsinin məcburi boşaldılmasını elan ediblər. Bunu hərbi-mülki administrasiyanın rəhbəri Vladimir Artyux regional müdafiə şurasının iclasından sonra deyib.

O, Rusiya aviasiyasının və dronlarının sərhəddə fəallığının artdığını, kiçik hücum qruplarının içəri girməyə başladığını izah edib. O deyib ki, əhalini yalnız ərazinin dərinliklərinə təxliyə etməklə qorumaq olar. “Tezliklə 543 nəfər, o cümlədən uşaqlar təxliyə edilməlidir", - Artyux bildirib.

Bəllidir ki, Rusiya prezidenti Vladimir Putinin bugünlərdə Kursk ətrafında bufer zonanın yaradılması barədə göstəriş vermişdi. Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini, istefada olan general-leytenant Yevgeni Bujinski deyib ki, Sumı və Xarkov vilayətlərindəki bufer zona yaradılarsa, Rusiya onları öz ərazisinə daxil etdiyi, amma hələ tam azad edilməmiş vilayətlərlə dəyişdirə bilər .
 

Hərbi ekspert Andrey Maroçko isə TASS ilə söhbətində bildirib ki, Sumı vilayətində yaşayış məntəqələrinin Rusiya ordusunun nəzarətinə verilməsi yerli sakinlərin təhlükəsizliyini təmin edə bilər. “Sumı rayonunun boşaldılması tamamilə təbiidir, çünki heç kim orada bufer zonası yaradacağımızı gizlətmir. Bunu Ali Baş Komandan da deyib. Lakin vətəndaşların təxliyyəsi Ukrayna xalqının taleyindən narahatlığa görə deyil.


Ekspert həmçinin qeyd edib ki, Kursk vilayətinin sərhədyanı ərazilərinin atəşə tutulmasını minimuma endirmək üçün ən azı 60 km-lik bufer zonası olmalıdır. O qeyd edib ki, bu plan həyata keçərsə, Ukrayna prezidenti Vladimir Zelenski sərhədyanı Sumı vilayətinin regional mərkəzi olan Sumı şəhəri ilə ilə vidalaşmalı olacaq. Ekspert bufer zonalarının Xarkov və Dnepropetrovsk vilayətlərində də yarana biləcəyini istisna etməyib.

Xatırladaq ki, Qərb mediası Avropa xüsusi xidmət orqanlarının əldə etdiyi iddia edilən məxfi sənədi dərc etmişdi. İddia olunurdu ki, Rusiyanın şərtləri sırasında yeni regionlarının tanınmasını, bufer zonalarının və Odessada hərbisizləşdirilmiş zona elan edilməsini də var. (Musavat.com)

Bizim.Media

Seçilən
2
11
bizim.media

10Mənbələr