AZ

Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar –

Azərbaycan Respublikasının Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq Elşad Tofiq oğlu Məmmədovu, Məhəmməd Fazil oğlu Mirzəlini və Qurban Cəlal oğlu Məmmədovu prokurorluğun İstintaq İdarəsinə çağırıb.

 

Bu barədə “İctimai TV”yə Baş Prokurorluqdan məlumat verilib.

 

Vurğulanıb ki, Elşad Məmmədov 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayına kimi internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlar edib.

 

Bundan başqa, Məhəmməd Mirzəli 2018-ci ilin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin zorakılıqla müşahidə edilən kütləvi iğtişaşlar edilməsinə dair açıq çağırışlar edib.

 

Məmmədov Qurban Cəlal oğlu 19 aprel, 8 iyun, 15 iyun və 7 avqust 2019-cu il tarixlərində internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışılar edib.

 

Qeyd edək ki, onlardan əvvəl Qabil Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.




Seçilən
22
37
senzor.az

10Mənbələr