AZ

Yanğında ölənlər arasında məşhur müğənni və qrup üzvləri də var

Şimali Makedoniyanın Koçani şəhərində “Pulse” adlı gecə klubunda baş verən yanğında ölənlər arasında “DNK” hip-hop qrupunun aparıcı müğənnilərindən biri olan Andrey Giorgieski də var.

"Unikal" xəbər verir ki, qrupun fotoqrafı Aleksandar Efremov, bekvokal Sara Projkovska, musiqiçilər Giorgi Giorgiev və Filip Stevanovski də yanğın zamanı həlak olublar.

Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski deyib ki, yanğınla bağlı 20-dən çox şübhəli müəyyən edilib, 15 nəfər saxlanılıb.

Bundan başqa, 152 yaralıdan 27-si qonşu ölkələrin tibb müəssisələrinə aparılacaq. Faciə qurbanlarının əksəriyyətinin yanğından sonra çaxnaşma nəticəsində yaranan izdihamda öldüyü bildirilib.

Şimali Makedoniyanın Baş naziri Hristiyan Miçkoski və NATO-nun Baş katibi Mark Rutte təşkilatın fəlakətlərə cavab mexanizminin potensial aktivləşdirilməsini müzakirə ediblər. Avropa İttifaqı da yanğının nəticələrinin aradan qaldırılmasında Şimali Makedoniyaya kömək etməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, gecə klubundakı konsert zamanı baş verən yanğın nəticəsində 59 nəfər ölüb. Onların əksəriyyəti 16-24 yaş arasında olub.

Seçilən
9
4
unikal.az

5Mənbələr