AZ

Rusiya daha bir həftəmizi oğurladı - Zelenski


Ciddə danışıqları zamanı Ukrayna və Amerika tərəfləri arasında təsdiqlənən 30 günlük atəşkəs təklifinə baxmayaraq, Rusiya Ukraynadakı müharibənin nizamlanması prosesini təxirə salmaqda davam edir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib.

"Ciddə danışıqlarından və Amerikanın cəbhədə susqunluq təklifindən sonra Rusiya demək olar ki, daha bir həftəni - yalnız Rusiyaya lazım olan müharibə həftəsini oğurladı. Biz diplomatiyanın daha da intensivləşməsi üçün hər şeyi edəcəyik”, - deyə o bildirib.


Seçilən
4
1
news24.az

6Mənbələr