AZ

Bakıda mağazada yanğın baş verib

Bakıda yanğın hadisəsi baş verib.

hakimiyyet.az xəbər verir ki, hadisə axşam saatlarında metronun "28 May" stansiyası yaxınlığındakı mağazada qeydə alınıb.

Nəticədə nəqliyyatın hərəkəti çətinləşib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mağazanın girişində 2kv.m. sahədə məişət tullantısı yanıb.

Yanğın qısa müddətdə söndürülüb.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
23
1
hakimiyyet.az

2Mənbələr