AZ

“Nyukasl” “Liverpul”u yendi, ilk dəfə Liqa Kubokunu qazandı

“Nyukasl” bu gün keçirilmiş “Liverpul”la final oyununda qələbə qazanaraq tarixində ilk dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı həlledici görüş Londonun “Uembli” stadionunda baş tutub.

“Sağsağanlar” final matçında güclü rəqib üzərində 2:1 hesablı qələbəyə seviniblər. Qalib komandanın qollarını Den Bern (45-ci dəqiqə) və Aleksander İsak (52) vurublar. “Liverpul”un heyətində yeganə qolu Federiko Kyeza (90+4) vurub. 51-ci dəqiqədə İsak qol vursa da, hakimin video köməkçisi (VAR) sisteminin müdaxiləsindən sonra qol hesaba alınmayıb.

Bu nəticə sayəsində “Nyukasl” tarixində ilk dəfə İngiltərə Liqa Kubokunu qazanıb. Komanda əvvəllər iki dəfə (1976 və 2023-cü illərdə) bu turnirin finalında çıxış edib, hər iki halda məğlubiyyətə üzülüb.

“Liverpul” isə sonuncu dəfə 2024-cü ildə bu turnirin qalibi olub və ən çox kubok qazanma rekorduna sahibdir (10). Komanda daha əvvəl 1981, 1982, 1983, 1984, 1995, 2001, 2003, 2012, 2022-ci illərdə turnirin qalibi olub.

İngiltərə Liqa Kuboku
Final
16 mart

Nyukasl – Liverpul 2:1
Qollar: Den Bern, 45. Aleksander İsak, 52 – Federiko Kyeza, 90+4.

Seçilən
23
5
arena.az

8Mənbələr