AZ

A Seriyası: "İnter" - "Atalanta" matçında 2 qol, 3 qırmızı vərəqə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İtaliya A Seriyasının lideri "İnter" "Atalanta"nın qonağı olub.
Oxu.Az xəbər verir ki, matç 29-cu tur çərçivəsində Berqamoda baş tutub.
Çempionluğa iddialı iki klubun qarşılaşmasında azarkeşlər yalnız qonaq komandanın qollarına şahidlik ediblər.
54-cü dəqiqədə Çalhanoğlunun ötürməsini Auqusto qola çevirərək hesabı açıb. 81-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar. 6 dəqiqə sonra isə Martinez fərqi artırıb - 0:2.
Oyunun sonlarında hakim daha 2 dəfə cibindən qırmızı vərəqə çıxarıb. Lakin bu, görüşün nəticəsinə təsir etməyib.
Bu qələbədən sonra "İnter" 64 xalla liderliyini davam etdirir. Komanda ən yaxın izləyicisi "Napoli"ni 3 xal qabaqlayır. "Atalanta" isə 58 xalla ilk 3-lüyü qapayır.
Seçilən
33
1
oxu.az

2Mənbələr