AZ

Qorxunc xəstəliyin gözlənilməz əlaməti: 10 il əvvəldən xəbərdarlıq edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avstraliyalı Freyzerə 41 yaşında Alzheymer diaqnozu qoyulub. Lakin onun xəstəliyinin ilk simptomu 31 yaşında ortaya çıxıb.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, kişi bu xəstəliklə bağlı problemləri daha əvvəldən hiss etməyə başlayıb.
Hər şey kiçik bir simptomla başlayıb. Freyzer yaxın zamanlarda izlədiyi filmin sonunu xatırlaya bilməyib.
"Mən onu necə izlədiyimi heç xatırlamırdım. Ümumilikdə isə o vaxtlar çox film izləyirdim. Ona görə də bu, bir qədər qəribə və narahatedici idi", - deyə kişi danışıb.
Alimlər belə qənaətə gəliblər ki, fraqmentar yaddaş pozuntuları illər öncə Alzheymer barədə xəbərdaredici əlamət ola bilər.
Seçilən
36
2
oxu.az

4Mənbələr