AZ

Şimali Makedoniyada faciə ilə bağlı 7 günlük matəm elan edilib

Şimali Makedoniya hökuməti Kocani şəhərində baş vermiş yanğında 59 nəfərin öldüyü faciə ilə əlaqədar ölkədə 7 günlük matəm elan etmək qərarına gəlib.

“Report”un xəbərinə görə, bu barədə respublika hökumətinin saytında məlumat verilib.

"Koçanidə baş verən yanğında 59 gəncin həlak olduğu, yüzlərlə yaralının xəstəxanaya yerləşdirildiyi və tibbi yardım aldığı faciəli hadisə ilə əlaqədar çağırılan hökumətin bugünkü fövqəladə iclasında ölkə ərazisində 7 günlük matəm elan edilməsi barədə qərar qəbul edilib. Hər kəs bu qərara əməl etməyə borcludur, onun pozulmasına görə sərt cəzalar nəzərdə tutulur", - açıqlamada deyilir.

"Ölkənin bütün səhiyyə sistemi tibbi yardımın göstərilməsi və zərərçəkənlərin tez sağalması üçün səfərbər olunub. Bütün Makedoniya xalqı üçün son dərəcə ağır və kədərli günlərdə biz baş verənləri siyasiləşdirməməyə çağırırıq ki, aidiyyəti qurumlar bu işi operativ və obyektiv araşdırsınlar. Heç bir məlumat ictimaiyyətdən gizlədilməyəcək", - hökumətdən bildirilib. Əlavə edib ki, beynəlxalq yardım mexanizminin işə salınması ilə bağlı qərar qəbul olunub.
Seçilən
6
7
sherg.az

8Mənbələr