AZ

Ən çox qızıl ehtiyatı olan 10 ölkə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünyanın müxtəlif ölkələrinin mərkəzi bankları ardıcıl üç ildir ehtiyatlarını artırmaq üçün min tondan çox qızıl alır. İnkişaf etməkdə olan ölkələrin mərkəzi bankları qiymətli metalın xalis alışı üzrə lider mövqelərini qoruyurlar.
Bu barədə Oxu.Az Dünya Qızıl Şurasına (World Gold Council, WGS) istinadla xəbər verir.
Ən böyük qızıl ehtiyatları olan ölkələr siyahısında ABŞ lider mövqedədir, onun qızıl ehtiyatları 8133,46 tondur. İkinci yeri Almaniya (3351,53) tutur. Ardınca müvafiq olaraq, İtaliya (2451,84), Fransa (2437), Rusiya (2335,9) və Çin (2279,56) gəlir. İlk onluğa həmçinin İsveçrə, Hindistan, Yaponiya və Niderland da daxildir.
Ekspertlərin proqnozlarına görə, 2025-ci ildə mərkəzi bankların qızıla olan marağı davam edəcək və alışların həcmi 900 tona çata bilər.
Seçilən
24
5
oxu.az

6Mənbələr