AZ

Qaxda 100 hektara yaxın boş ərazi yandı

Qax rayonunun Ağyazı kəndi ərazisindəki mürəkkəb relyefli sahələrdə yanğın baş verib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əraziyə Qax Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub.

Bundan əlavə, kənd sakinləri və rayonun meşə təsərrüfatı işçiləri də yanğının söndürülməsində fəal yardım ediblər. Ötən gün axşam saatlarından başlayan yanğın səhər saatlarında tam söndürülüb.  

İlkin məlumatalara əsasən yanğın 100 hektara yaxın quru ot və kol-kos sahələrini əhatə edib.  

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu 

Seçilən
27
bizim.media

1Mənbələr