Budəfəki buraxılışda dünyanın ən iri nəqliyyat təyyarəsi olan "WindRunner" barədə məlumat verilib.
Hərfi tərcümədə "Küləkdə qaçan" anlamı verən təyyarə ilə bağlı diqqətçəkən məqam onun bir səfərdə 6 ədəd "F-16" qırıcısı və ya 6 ədəd "Boeing CH-47 Chinook" helikopterini rotorları ilə birlikdə daşıya bilmək imkanlarına malik olmasıdır. Hazırlanma mərhələsində olan "Radia WindRunner" 108 metr uzunluğu, 24 metr hündürlüyü, 80 metr qanad açıqlığı olan hava nəqliyyat vasitəsidir.
0.6 max kreyser sürəti, 72 ton faydalı yükdaşıma imkanı olan təyyarənin yük bölməsinin həcmi 7 702 kubmetrdir. Ümumilikdə 73 tona yaxın yük qaldıra bilən "WindRunner Radia" uzunluğu 105 metrə qədər olan külək turbinlərinin pərlərini də daşımağa qadirdir və onun ilkin təyinatı da elə bununla bağlıdır.
"WindRunner" təyyarəsinin frontal yükləmə konstruksiyalı bölməsində "F-16" qırıcılarının və helikopterlərin daşınması imkanları onun müstəsna xüsusiyyəti sayılır. Çünki bundan əvvəlki belə daşımalar "F-16"ların qanad və quyruq hissələrinin sökülməsini tələb edirdi. "WindRunner" isə 10 metr qanad açıqlığı və 5,1 metr hündürlüyü olan bu qırıcıları tamlığına heç bir müdaxilə olmadan hədəf nöqtəyə çatdırmağa qadirdir.
Təyyarənin daha bir özəl xüsusiyyəti onun uzunluğu 1 800 metr olan uçuş-enmə zolağından istifadə edə bilməsidir ki, bu da bir çox iri təyyarələr üçün olan tələbdən xeyli aşağıdır.
Qeyd edək ki, "WindRunner" təyyarəsinin sənaye istehsalına 2027-ci ildən başlanılacaq.
Ətraflı süjetdə:
3Mənbələr
-
demokrat.azHərb tarixində İLK: Satılan silah-sursat təyyarə ilə sifarişçiyə necə çatdırılacaq? ( 16082565)
-
far.azHərb tarixində İLK: Satılan silah-sursat təyyarə ilə sifarişçiyə necə çatdırılacaq? ( 16082527)
-
oxu.azHərb tarixində İLK: Satılan silah-sursat təyyarə ilə sifarişçiyə necə çatdırılacaq? ( 16080967)