AZ

70 ildə ilk titul

“Nyukasl” İngiltərə Liqa Kubokunun finalında “Liverpul”a qalib gəlib.

Msport.az xəbər verir ki, Londondakı “Uembli” stadionunda baş tutan qarşılaşma “sağsağanlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Nyukasl”ın heyətində qolları Dan Börn və Aleksander İsak vurub. “Liverpul”un yeganə qolunun müəllifi isə Federiko Kyeza olub. Bununla “Nyukasl” tarixində ilk dəfə İngiltərə Liqa Kubokunu qazanıb. Klub üçün bu, 70 ildə – yəni 1955-ci ildən bəri ilk tituldur.

Seçilən
33
msport.az

1Mənbələr