Çin hakimiyyəti "DeepSeek" süni intellekt startapı əməkdaşlarının xaricə səfərləri üzərində nəzarəti gücləndirib.
Missiya.Az xəbər verir ki, belə bir addım "beyin axını"nın qarşısını almaqdan ötrü atılıb.
"DeepSeek"in ana şirkəti "High-Flyer" bəzi əməkdaşların pasportlarını saxlayaraq, onların ökəni icazəsiz tərk etmək imkanını məhdudlaşdırır. Sözügedən tədbirlər Çin hökumətinin süni intellekt sahəsindəki alimlərə və sahibkarlara ABŞ-yə səfərdən çəkinmək tövsiyələri fonunda tətbiq edilib.
Zərintac Mayisqızı Missiya.Az